Möhtəşəm Ev Elanı Necə Olmalıdır?

Daşınmaz əmlak karyeranızın müəyyən bir dövründə, sizə evi daha tez satmaq üçün ilhamlandırıcı elan təsvirlərini yazmaq bacarığı lazım olacaq. Əmlak agenti olmaq sizdən böyük satıcı olmağı tələb edir və potensial alıcıların siz barədə yaranacağı ilk təəssüratlardan biri sizin ev elanlarınız üçün yazdığınız təsvirlərdir.

ev elani

Bəzən evlər praktiki olaraq özlərini sata bilirlər – nə qədər ki, onlar düzgün qiymətə satılır, düzgün təbliğ edilir və ev elanının təsviri onun nəyə görə mükəmməl alış-veriş olduğunu açıq-aydın ifadə edir. Bunun üçün alıcını hərəkətə təşviq etmək üçün ilhamlandırıcı ev elanını yaratmaq lazımdır.

Ev elanlarının təsvirlərinin yazılması üçün əsas struktur

Inandırıcı ev elanını yaratmaq üçün ilk növbədə hamıya oxşamamaq lazımdır. Bütün elanlar üçün əsas strukturdan başlayaq:
  • Başlıq
  • Açılış bəyanatı
  • Xüsusiyyətlərin nəqli təsviri
  • Xüsusi promosyon
  • Hərəkətə dəvət

Cəlbedici ev elanının təsvirlərini yazmaq üçün göstərişlər:
İdeal yazıçı olmasanız belə, sadə bir formulaya riayət edərək ev elanının təsvirlərini cəlbedici edə bilərsiniz.

Başlıq
Craigslist, eBay Classifieds, və Backpage kimi saytlarda elan yerləşdirərkən göz oxşayan, fərqli görünüşlü başlıq tələb olunur.

Alıcının reklamınızı bir saniyəyə görüb qiymətləndirəcəyini bilməlisiniz, buna görə digərlərindən fərqlənin. Oxucunu maraqlandıra bilərsinizmi?

Tipik ev elanlarına baxın və onların oxşar və darıxdırıcı olmağa meylli olduğunu görəcəksiniz.

Diqqəti cəlb etmək üçün fərqli görünən başlıqlar yazmalısınız. Sizin başlığınız digərlərinkindən fərqlənməlidir. Buna fikir verilməlidir.

Başlıqlar yazarkən yadda saxlamaq lazım olan bəzi məsləhətlər bunlardır:

Qısa və aydın. Çalışın, başlığını beş-yeddi sözdən çox etməyin.

Emosional. Təsvir üçün təsirli, təsviredici sözlərdən istifadə edin.

Bir neçə versiyanı sınaqdan keçirməyə çalışın. Yazdığınız ilk başlıqdaca həmişə qərar verməyin. Yeddi müxtəlif başlıq yaratmağa çalışın— yəqin ki, təkrar etməyə başladıqca onların yaxşılaşdığını görəcəksiniz.

Açılış bəyanatı
İlk cümlədən məğzə doğru gedin. Bu ev elanının nə ilə bağlı olduğunu dərhal oxucularınıza məlumat verir.

Belə bir şey yaza bilərsiniz:

"Baki şəhərinin mərkəzində Yerləşən Elit Aptek'dən 2 blok aralıda yerləşən bu heyrətamiz 3 mərtəbəli evi çox sevəcəksiniz." Və ya "Gəlin bu xoş Tudor evini açıq mətbəx planı və Sakit okeanın heyranedici mənzərələri ilə görün."

Bu iki giriş ifadəsi oxucunun tez-tez ("Mən nəyə baxıram?") suallarına cavab verir və onları oxumağa davam etməyə vadar edir.

Xüsusiyyətlərin nəqli təsviri
Bu bölmədə iki şey etmək lazımdır: birincisi, evin əsas xüsusiyyətlərini sadalayın, sonra, ilhamlandırıcı və inandırıcı təsvir təqdim edin.

Əsas xüsusiyyətləri: yataq və hamam otaqlarının sayı, kvadrat metri, lot ölçüsü, yerləşməsi, ekstraları (hovuz, bağ, ocaq və s.), son təmir işləri (applikasiya, qapı, döşəmə və s.), unikal xarakteristikası (gözəl mənzərə və s.).
Sizə ilhamlandırıcı və inandırıcı təsvir etməyə kömək edən iki nümunəni göstərmək olar:

Ev elanlarının keyfiyyətcə nümünələri

Nümunə #1: Tipik ev elanı
"Kondisioner dəsti, yeni soba, daxil olan bütün aparatlar. Basement hasarlanmış həyətə çıxır. Çoxlu yenilənmələr".

Nümunə #2: Daha yaxşı elan
"Siz köhnə dünya cazibəsi və Beaver Lake-in nəfəsli mənzərəsi ilə bu 3 mərtəbəli tudorun heyranı olacaqsınız. 4-otaqlı, 3-hamamlı bu evdə 2-maşınlıq qaraj var – sizə 1800 ft. geniş, elegant, bütün boyu təbii palıd döşəməsi və müasir gurmet mətbəxi verilir. Təsəvvür edin ki, yaxşı kitabla birgə bir ocağın yanında əyləşmisiniz. Hər axşam təbii gölün və meşənin gizli səslərinə doğru yuxuya gedin, sonra isə oyanın ki, göl üzərində heyranedici günəş doğsun. Bütün bunlar gözəl Beaver şəhərindən cəmi iyirmi dəqiqə aralıda, görkəmli məktəblərin olduğu əlverişli və mehriban əyalətdədir".

Təsviredici sözlərdən istifadə etmək üçün, ehtimal ki, tezaurusdan istifadə etmək lazım gələ bilər, amma əlavə səy göstərməyə dəyər.

Ev Elanını daha cəlbedici etmək üçün başqa məsləhətlər

Xüsusi promosyon
Əgər sizin məqsədiniz mülkünüzü sürətli satmaqdırsa, xüsusi bir promosyon, oxucularınıza tədbir görməyə stimul verə bilər. Aşağıda bəzi misalları göstərmək yerinə düşür:

Məhdud müddətə satış qiymətindən kiçik endirim təklif edin.
Alıcının sövdələşməsinin xərclərinin 100%-ni məhdud müddətə təklif edin.
Satıcının maliyyələşdirilməsini təklif edin. Bu, həmişə cəlbedicidir, belə ki, banklar həddindən artıq çox sənəd və sual tələb edir.
Ya icarə alqı-satqısı, ya da kiraye haqqı təklif edin.
Bunlar ev elanınızın təsvirlərinə daxil edə biləcəyiniz bir neçə promosyondur. Təşəbbüskarlıqla yaradıcı olmaqda özünü sərbəst hiss et.

Hərəkətə dəvət
Alıcılarınıza necə hərəkət etməli olduqlarını göstərən fəaliyyətə (CTA) çağırışla yekun vurun. Əmlakın siyahıya alınması təsvirlərinin sonunda təxirəsalınmazlıq hissini çatdırmaqda pis bir şey yoxdur. Burada iki misal göstərmək yerinə düşür:

"Bu ev yalnız indi hərəkət edən ilk alıcı üçün əlçatandır. xxx – xxxx zəng edin.
– Niyə hələ də bunu oxuyursunuz? İNDI ZƏNG EDIN!»
Yuxarıda göstərilən əsas elementlərdən ötəri, ev elanlarinin təsvirlərini yazarkən yadda saxlamalı olan iki çox vacib şey, birincisi, hype və ya oversell etməyin, çünki insanlar sizi şişirtdikdə tanıyacaqlar.
Search for a city or select popular from the list
Click on the image to refresh the captcha.