Ev Alqı Satqısı Elanları
Azərbaycanda ev almaq istəyən və ya evini satmaq istəyən adamlar kifayət qədərdir. İnsanlar müxtəlif səbəblərə görə evlərlə maraqlanır. Kimisi yeni yerə koçmək istəyir, kimisi isə alqı satqını artıq öz biznesi eliyib və bununla profesyonal məşquldur. Sizin üçün ev seçmək və ya ev satmaq daha asan olsun deyə biz bu saytı yaratdıq.
Ev elanlarını saytda necə yerləşdirmək olar ?
Saytda elan yerləşdirmək olduqca asandır. Siz sadəcə Elan Ver düyməsinə basıb məlumatlarınızı doldurmalısınız. Sonda sürətli qeydiyyat keçməklə (sadəcə adınız və emaili daxil edirsiniz) elanınızı yerləşdirirsiniz. Bizim kataloqumuza artıq yüzlərlə elan mövcuddur. Elan vermək tamamilə pulsuzdur.
Elan ne qədər müddət saytda qalacaq ?
Adətən elanlar 31 gün saytda aktiv qalır. Siz öz hesabınıza girib bu müddəti istədiyiniz vaxt artıra bilərsiniz. Ev və ya başqa daşınmaz əmlakınız artıq satılıbsa elanınızı deaktiv edə bilərsiniz.
Niyə məhz azestate ev alqı satqısı kataloqundan istifadə etməli?
Sizə uyğun və sərfəli qiymətə ev tapmaq üçün bizim saytda çoxlu axtarış filtrləri var. Siz otaq sayına görə, minimum və maximum qiymətə görə, ipoteka kreditinin mövcüdlüğü və digər kriteriyalara görə axtarış edə bilərsiniz. Ən son ev elanlarını məhz bizdə izləyə bilərsiniz. İnterfeys çox rahat və istifadəçi yönümlüdür.
Kiraye evler və Satlıq evləri seçmək üçün bizim sayt ən öndəgedənlərdəndir.
Ən uyğun ev satışı təkliflərini necə tapmaq olar?
Özünüzə uyğun ev tapmaq istəyirsinizsə, bir çox faktoru nəzərdən keçirməlisiniz. Nə qədər alıcı varsa bir o qədərdə müxtəlif düşüncə var ev seçimində. Kimsə evin harada yerləşdiyini daha önəmli hesab edir, evinin metroya və ya avtobus dayanacağına daha yaxın olmasını istəyir, kimisi üçün isə evin təmirli ya təmirsiz olması daha önəmlidir, bir başqası isə evin neçənci mərtəbədə yerləşdiyi əsasında seçim edir. Ən uyğun ev almaq istəyirsinizsə sizin üçün daha önəmli olan faktorları müəyyənləşdirməlisiniz. Saytımızdaki ev elanlarında bu faktorların hamısı sadalanıb. Sizə yalnız seçim etmək qalır.